NATO Rusiya ilə bağlı növbədənkənar iclas keçirəcək

23 Sentyabr 2025 12:48 (UTC+04:00)

Rusiyanın Polşa, Rumıniya və son olaraq Estoniyanın hava məkanını pozmasından sonra NATO fövqəladə tədbir görüb.

NATO rəsmisindən alınan məlumata görə, NATO Şurası səhər saatlarında Brüsseldəki qərargahında fövqəladə iclas keçirəcək.

İclasda sentyabrın 19-da Rusiya təyyarələrinin Estoniya hava məkanını pozması müzakirə olunacaq.

NATO sözçüsü Allison Hart Rusiya təyyarələrinin 19 sentyabr cümə günü səhər saatlarında Estoniyanın hava məkanını pozduğunu və NATO-nun dərhal reaksiya verərək Rusiya təyyarəsini ələ keçirdiyini bildirib.

Sözçü Hart, bu hadisənin "rusların ehtiyatsız davranışının" və NATO-nun cavab vermək qabiliyyətinin növbəti nümunəsi olduğuna diqqət çəkib.

Polşa da sentyabrın 9-da Rusiyanın pilotsuz uçuş aparatlarının (PUA) hava məkanını pozduğunu açıqlayıb və NATO buna birgə cavab verib. Daha sonra Rumıniyanın hava məkanında Rusiyaya məxsus PUA da aşkarlanıb.

Mövsüm,

AzNews.az