Bu yaxınlarda İspaniya hökuməti İsrailin siyasətləri ilə bağlı tənqidi bəyanatla çıxış edib.
İspaniyanın baş naziri Pedro Sançes Qəzzada törətdiyi əməllərə görə İsrailə qarşı doqquz maddədən ibarət sanksiya qərarını açıqlayıb.
İspaniya hökuməti sentyabrın 9-da qəbul etdiyi bu qərarda İsrailə tam silah embarqosu və digər hərbi məsələlərlə bağlı maddələrin təsdiqini “texniki və hüquqi səbəblərdən” bu günə qədər təxirə salıb.
Azlıq sol koalisiya hökuməti Nazirlər Şurasının növbəti həftəlik iclasında İsrailə qarşı sanksiyalarla bağlı qalan fərmanları təsdiqlədiyini açıqlayıb.
İqtisadiyyat, ticarət və korporasiyalar naziri Karlos Kuerpo mətbuat konfransında bildirib ki, "İsrailə qarşı total silah embarqosu haqqında kral fərmanı təsdiqlənib . Buraya bütün müdafiə avadanlığının, ikili təyinatlı məhsulların və texnologiyaların İsrailə ixracı və idxalına qadağa daxildir".
Mövsüm,
AzNews.az