Gürcüstan BƏƏ ilə iqtisadi və mədəni əməkdaşlığı genişləndirəcək

23 Sentyabr 2025 17:55 (UTC+04:00)

Gürcüstan xarici işlər naziri Maka Boçorişvili Nyu-Yorkda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş nazirinin müavini-xarici işlər naziri şeyx Abdullah bin Zaid ilə danışıqlar aparıb.

"Aznews.az" xəbər verir ki, bu barədə Maka Boçorişvili "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Görüş BMT Baş Assambleyasının 80-cı iclası çərçivəsində keçirilib.

Onlar ikitərəfli münasibətlərin inkişafını müsbət qiymətləndiriblər, əsas diqqət iqtisadi və mədəni əməkdaşlığın daha da genişləndirilməsinə yönəldilib.