Tramp BMT-ni israfçılıqda ittiham edib

23 Sentyabr 2025 19:59 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp sentyabrın 23-də BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı təşkilatı israfçılıqda ittiham edib. Çıxışın yayımı BMT-nin saytında aparılıb.

Tramp illər əvvəl BMT binalar kompleksinin yenidən qurulması ilə bağlı tenderdə iştirak etməsindən danışıb və layihənin uğursuz olduğunu bildirib.

“O vaxt dedim ki, hər şeyi 500 milyon dollara, özü də zəmanətlə edəcəyəm. Amma onlar başqa yolu seçdilər, nəticədə layihə həm qat-qat baha başa gəldi, həm də daha pis nəticə verdi. Nəticədə nəhəng xərclər artdı və onlar 2 milyarddan 4 milyard dollara qədər pul xərclədilər. Layihə o qədər korrupsiyalaşmışdı ki, Konqres hətta məni dəvət edib, bu nəhəng pul israfı ilə bağlı ifadəmi aldı”, – deyə Tramp söyləyib.

Mövsüm,

AzNews.az