"Ermənistan baş naziri özündən əvvəl ölkəsinə rəhbərlik edənlərlə bağlı nə deyirsə tam düz deyir. Amma dedikləri natamamdır".
Bu sözləri AzNews.az-a açıqlamasında millət vəkili Sahib Alıyev deyib. O, bildirib:
"Onların hər üçü həm də hərbi cinayətkarlardırlar. Soyqırımı törətmələri, etnik təmizləmə aparmaları, başqasının torpaqlarını ələ keçirmələri ilə açıq şəkildə lovğalanan, AŞPA kürsüsündən azərbaycanlılarla genetik uyumsuzluqdan dəm vuran nasist ünsürlərdirlər. Paşinyan doğrudan da xalqını və ölkəsini dediyi o "minillik lənət"dən qurtarmaq, aradakı düşmənçiliyi tam aradan götürmək istəyirsə, hər üç yaramazı Azərbaycana təhvil verməlidir və onlar Bakıda məhkəmə qarşısına çıxarılmalıdırlar".
AzNews.az