Rəqəmli informativ xəritələr hazırlanıb

9 Sentyabr 2013 10:37 (UTC+04:00)
Azərbaycanda ümumcoğrafi rəqəmli formatlı xəritələr yaradılıb .

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən (DTXK) AzNews.az-a verilən xəbərə görə, Azərbaycan Respublikası ərazisini əks etdirən 165 ədəd 1:50 000 miqyaslı xəritələr müvafiq topoqrafiya-geodeziya işləri əsasında daim yenilənir və bu xəritələr rəqəmli topoqrafik xəritələr formatına çevrilir. Komitədən qeyd edilib ki, uzun illər ərzində DTXK tərəfindən aparılan işlər nəticəsində olduqca böyük həcmdə aktual coğrafi informasiya toplanıb.

AzNews.az