İtaliya Qəzza zolağına yardım gəmisi göndərib

24 Sentyabr 2025 16:17 (UTC+04:00)

İtaliya Qəzza zolağına potensial yardım göstərmək üçün dəniz gəmilərindən birini yönləndirib.

Reuters bu barədə İtaliyanın müdafiə naziri Gido Krosettoya istinadən məlumat yayıb.

Agentlik qeyd edib ki, Krosetto ötən gecə Qəzzaya humanitar yardım çatdırmağa çalışan beynəlxalq donanmaya hücumu qətiyyətlə pisləyib.

"Krosetto öz bəyanatında həmçinin, kömək etmək üçün bir İtalyan döyüş gəmisini flotiliyaya yönəltdiyini söylədi", - deyə nəşr bildirib.

Mövsüm,

AzNews.az