Pezeşkian nüvə silahı ilə bağlı İsrailə cavab verib

24 Sentyabr 2025 19:36 (UTC+04:00)

İran prezidenti Məsud Pezeşkian Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 80-ci sessiyasında çıxış edib.

İsrailin nüvə silahı iddialarına sərt cavab verən Pezeşkian İsrailin bölgədə sülhü pozduğunu bildirib.

Pezeşkiyan bu sözləri deyib:

Biz nüvə silahı istehsal etmirik. İsrail yalan danışmaqla regionun sülhünü pozur. Biz bir-birimizə qarşı əməliyyat yox, dostluq istəyirik. Biz ədalətli gələcək qurmaq istəyirik. İran xalqı işğalçılara qarşı qətiyyətli mövqeyimizi davam etdirəcək. Biz ikili standartlara qarşıyıq. Bu arada sionist rejim soyqırımlarını davam etdirir.

Diplomatik danışıqlarda irəliləyərkən ABŞ-ın İran şəhərlərinə, evlərinə və infrastrukturuna hava zərbələri diplomatiyaya ağır xəyanət və sülh və sabitlik səylərinin açıq-aşkar təxribatı olub.

Keçən iyun ayında ölkəm beynəlxalq hüququn ən fundamental prinsiplərinin vəhşicəsinə pozulduğu açıq hücuma məruz qaldı.

Mən bu Assambleya qarşısında bir daha bəyan edirəm ki, İran heç vaxt nüvə bombası yaratmağa cəhd etməyib və etməyəcək.

Mövsüm,

AzNews.az