Rusiya və Türkiyənin paytaxtları iqtisadi, mədəni əməkdaşlığı gücləndirmək niyyətindədirlər: tərəflər 2026-2029-cu illər üçün yeni əməkdaşlıq proqramı imzalayıblar.
"Aznews.az" xəbər verir ki, bu barədə Rusiya KİV-i ölkənin Türkiyədəki səfirliyinə istinadən məlumat yayıb.
"Çərşənbə axşamı Sergey Çeremin (Moskva hökumətinin naziri, şəhərin Xarici İqtisadi və Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri - red.) Türkiyə paytaxtının (Ankara - red.) meri Mansur Yavaşla görüşüb. Moskva hökuməti ilə Ankara Bələdiyyəsi arasında 2026-2029-cu illər üçün əməkdaşlıq Proqramı imzalanıb. Moskva və Ankara 1992-ci ildən qardaşlaşmış şəhərlər statusunu qoruyurlar", - səfirlikdən bildirilib.