Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşən ABŞ dövlət katibi Marko Rubio Ukraynadakı münaqişənin uzunmüddətli əsaslarla həlli üçün mühüm addımların atılmasının vacibliyini vurğulayıb.
Aznews.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbər müavini Tommi Piqottunun açıqlamasında bildirilib.
Bildirilib ki, Dövlət katibi “Prezident [Donald] Trampın insan tələfatına son qoymağa və “Moskvanın Ukraynadakı münaqişənin uzunmüddətli nizamlanmasına nail olmaq üçün mənalı addımlar atmağa” çağırışını təkrarladı.
Lavrov və Rubio arasında Nyu-Yorkda keçirilən görüş mətbuata heç bir açılış sözü olmadan başlayıb və bağlı qapılar arxasında keçirilib. Görüş 50 dəqiqədən çox davam etdi.