İsrailin müdafiə naziri İsrael Katz bəyan edib ki, İsrail Sənadakı Yəmən husilərinin ümumi qərargahı, pilotsuz uçan aparat və silah anbarları da daxil olmaqla hədəflərini vurub.
O, X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb: “Yolvermə Paketi Əməliyyatı çərçivəsində biz Sənadakı çoxsaylı husi terror hədəflərinə güclü zərbə endirdik”.
Katz dəqiqləşdirib ki, zərbə "onlarla" husini öldürüb, ümumi qərargahı və pilotsuz təyyarələr və silahların olduğu anbarları məhv edib. O, həmçinin İsrailin bundan sonra qisas alacağı barədə xəbərdarlıq edib.
Mövsüm,
AzNews.az