Paris məhkəməsi sabiq prezident Nikola Sarkozini 5 il həbsə məhkum edib.
Fransanın sabiq prezidenti Nikola Sarkozi Liviyadan seçki kampaniyasına maliyyə dəstəyi ilə bağlı iş üzrə 5 il həbs cəzasına məhkum olunub.
Bu barədə BFMTV telekanalı məlumat yayıb.
“Məhkəmə Nikola Sarkozini 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib, lakin cəza dərhal həbs şəklində icra olunmayacaq”, – xəbərdə qeyd olunub.
Franceinfo agentliyi dəqiqləşdirir ki, Sarkozi həmçinin 100 min avro məbləğində cərimələnib və ona 5 il müddətinə dövlət vəzifəsi tutmaq qadağan edilib.
Mövsüm,
AzNews.az