Avropa-Rusiya xəttində gərgin günlər...
Almaniyanın Veymar şəhərində keçirilən mətbuat konfransında çıxış edən Almaniya kansleri Fridrix Merz Rusiyanı NATO üzvlərini hədəf alan sistematik hava məkanını pozmaqda, təxribat xarakterli yüksək hündürlükdə uçuşlarda, pilotsuz uçuş aparatlarının (PUA) hücumları və casusluq fəaliyyətlərində ittiham edib.
"Biz bu pozuntuların davam etməsinə imkan verməyəcəyik və hava məkanının pozulmasının və Rusiya hərbçilərinin hücumlarının qarşısını effektiv şəkildə almaq üçün bütün lazımi tədbirləri görəcəyik", - Fridrix Merz bildirib.
Merz mövzu ilə bağlı müdafiə naziri Boris Pistorius ilə davamlı təmasda olduğunu ifadə edərək, "Həftə sonu müdafiə nazirimizdən NATO müttəfiqlərimizlə, xüsusilə də Polşa, Fransa və İngiltərədəki həmkarları ilə bunlara necə cavab verməli olduğumuzu koordinasiya etmələrini istədim",- deyə Merz vurğulayıb.
Mövsüm,
AzNews.az