ABŞ-da səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Tramp ilə görüşü başlayıb.
Aznews.az xəbər verir ki, görüşdə iki lider ticarət, investisiya və müdafiə sənayesi başda olmaqla ikitərəfli əməkdaşlığı gücləndirəcək məsələləri müzakirə edəcəklər.
Bundan əlavə, F-35 proqramı, Suriya, Qəzzadakı vəziyyət və Rusiya-Ukrayna müharibəsi kimi mövzuların da gündəmə gələcəyi gözlənilir.
Qeyd edək ki, bu, Rəcəb Tayyib Ərdoğanın 6 ildən sonra Ağ Evə ilk səfəridir.