Dünya bazarlarında neftin qiyməti artır

26 Sentyabr 2025 09:16 (UTC+04:00)

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin noyabr müqaviləsinin dəyəri 0,16% artaraq 1 barelə görə 69,53 ABŞ dolları təşkil edib.

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında bu ilin noyabr ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 0,32% artaraq 65,19 ABŞ dollarına bərabər olub.

AzNews.az