Naxçıvanda 1 mln. kub metrdən çox içməli su uçotdan kənarda qalıb

26 Sentyabr 2025 15:28 (UTC+04:00)

Hesablama Palatası Naxçıvan Muxtar Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin balansında olan içməli su anbarları və təmizləyici qurğulara baxış zamanı ciddi nöqsanlar aşkarlayıb.

AzNews.az bu barədə Palatanın Agentlik və tabeli qurumlarında apardığı 2023-2024-cü illərdə dövlət vəsaitinin və digər dövlət əmlakının istifadə və idarə edilməsinə dair uyğunluq auditinin nəticələrinə istinadən xəbər verir.

Məlum olub ki, bəzi hallarda ümumi çıxış sayğacları nasaz olub, bəzi hallarda isə ümumiyyətlə sayğac quraşdırılmayıb. Nəticədə 1 066 288 kubmetr içməli su Agentliyin məlumatlarında qeydiyyata düşməyib.

AzNews.az