“İran və Rusiya 25 milyard dollarlıq ‘Hormoz’ AES layihəsinə razılaşdı”

26 Sentyabr 2025 17:37 (UTC+04:00)

Rusiya və İran “Hormoz” AES-in tikintisi üzrə 25 milyard dollarlıq razılıq əldə edib.

İran və Rusiya ölkənin cənubunda inşa ediləcək “Hormoz” atom elektrik stansiyasının (AES) tikintisində Rusiya tərəfinin iştirakına dair razılığa gəlib. Müqavilənin dəyəri 25 milyard dollar olacaq.

Bu barədə IRNA agentliyi məlumat yayıb.

Bildirilir ki, AES dörd blokdan ibarət olacaq və onun tikintisi üçün 500 hektar ərazi ayrılıb.

İslam Respublikasının Atom Enerjisi Təşkilatı (OAEİ) bildirib ki, razılıq təşkilatın rəhbəri Məhəmməd Eslamının Moskvaya beynəlxalq “Atom həftəsi” forumunda iştirakı çərçivəsində əldə olunub. İran nümayəndə heyətinə Rusiyanın atom sənayesinin müxtəlif müəssisələrini ziyarət etmək imkanı da yaradılıb.

Mövsüm,

AzNews.az