ABŞ prezidenti Donald Tramp cinayət nisbətinin yüksək olması səbəbindən Milli Qvardiyanın yerləşdirdiyi paytaxt Vaşinqtonla bağlı daha bir kritik qərar verib.
Ağ Ev, Trampın paytaxtda ölüm cəzası qanunlarını tam şəkildə tətbiq etmək üçün sərəncam imzaladığını açıqlayıb.
Bildirilib ki, federal prokurorların bölgədəki bütün müvafiq hallarda ölüm cəzası tələb edə biləcəyini və baş prokurora və Vaşinqton dairə prokuroruna ölüm cəzasını ehtiva edən paytaxtda törədilən cinayətlərə görə federal yurisdiksiyadan maksimum dərəcədə istifadə etmək tapşırıldığı vurğulanıb.
“DC-nin ən pis cinayətkarlarına qarşı ölüm cəzasını tətbiq etməklə, Prezident Tramp ölkəmizin paytaxtına səfər edən və burada yaşayan bütün amerikalıları qorumaq və zorakı cinayətkarların qanun çərçivəsində ən ağır nəticələrlə üzləşməsini təmin etmək öhdəliyini vurğulayır ” .
Açıqlamada qeyd olunub ki, Vaşinqton ölkənin ən təhlükəli şəhərləri sırasındadır və şəhərdə cinayət nisbəti Nyu Yorkdan təxminən altı dəfə yüksəkdir.
Mövsüm,
AzNews.az