Ukrayna prezidenti Volodimir Zelenski Macarıstanın pilotsuz uçuş aparatlarının (PUA) ölkənin hava məkanını pozduğunu açıqlayıb.
"Ukrayna hərbi qüvvələri bizim hava məkanımıza daxil olan kəşfiyyat pilotsuz təyyarələrini aşkar ediblər və bunlar çox güman ki, Macarıstan pilotsuz təyyarələridir", - o, Telegram kanalında yazıb.
Ukrayna liderinin sözlərinə görə, pilotsuz təyyarələr ölkənin sərhədyanı rayonlarının sənaye potensialının kəşfiyyatı ilə məşğul ola bilərdi. Zelenski Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırskiyə bütün mövcud məlumatları yoxlamağı və Ukrayna sərhədlərinin hər hansı pozuntusu barədə məlumat verməyi tapşırıb.
Mövsüm,
AzNews.az