Gəncədə 27 sentyabr - Anım Günü ilə bağlı Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib.
Aznews.az xəbər verir ki, anım tədbiri Gəncə Şəhidlər xiyabanında baş tutub.
Anım mərasimində şəhər rəhbərliyi, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, qazilər, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidlər xiyabanının girişində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə itkin düşmüş şəxslərin xatirəsinə inşa edilmiş və üzərində 100-ə yaxın şəxsin adı qeyd edilmiş lövhənin önündə onların əziz xatirəsini yad ediblər.