Əli Nağıyev və Orxan Sultanov Zəfər parkını ziyarət ediblər

27 Sentyabr 2025 15:45 (UTC+04:00)

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xarici Kəşfiyyat Xidmətinin rəisi general-polkovnik Orxan Sultanov 27 Sentyabr - Anım Günü ilə əlaqədar Bakı şəhərində yerləşən Zəfər parkını ziyarət edib, xatirə abidəsinin önünə gül dəstələri düzərək şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Aznews.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətindən məlumat verilib.

Aznews.az