Litvanın Vilnüs hava limanında 7 reys mülki pilotsuz uçuş aparatları (PUA) səbəbindən gecikmələrlə üzləşib.
Etaplius portalı bu barədə məlumat yayıb.
“Cümə günü Vilnüs hava limanında əməliyyatlar mülki pilotsuz uçuş aparatları tərəfindən dayandırılıb”, - məlumatda deyilir.
Üç mülki dron uçuşu qeydə alınıb.
“Onlar bir neçə reys gecikməsinə səbəb oldular: planlaşdırılan dörd uçuş hava limanını vaxtında tərk edə bilmədi və Vilnüsə gələn daha üç reys də qrafikə uyğun enə bilmədi”, - deyə məlumatda bildirilir.
Mövsüm,
AzNews.az