Beş il əvvəl – 2020-ci ilin bu günü …
Səhər tezdən internet kəsildi.
Elə bildik, ödənişdə gecikmə olub.
Sonra gördük ki, nə mobil şəbəkə işləyir, nə zəng etmək olur, nə də internetdən istifadə. Hamı çaşqınlıq içində idi…
Axı nə baş verirdi?
Bir az sonra xalamgil də bizə gəldi, onlar da nə baş verdiyini anlamırdı. İstirahət günü olduğu üçün hamımız evdə idik.Hər birimiz gözümüzü televizora dikdik. Telekanalların birində aparıcı illərdir gözlədiyimiz o tarixi xəbəri verdi – Vətən müharibəsi başladı!
Bəzi torpaqlarımız işğaldan azad edildi.
Beləcə, 27 sentyabr 44 günlük şanlı qəhrəmanlıq dastanının başlanğıc günü kimi tarixə həkk olundu. 44 gün boyunca qürürlandıq,bir gözümüz ağladı,digəri güldü. Xalqımız dəmiryumruqtək birləşdi.
Heç yadımdan çıxmır,illərdir işğal altında olan torpaqlarımızın azad olunma xəbərini aldıqda şəhərdə hətta bir-birini tanımayan insanlar da təbrikləşir,canfəşanlıq edirdi.
Bizə bu misilsiz sevinci yaşadan,düşmənin belini qıran,yad ayağını yurdumuzdan kəsən ,bu yolda şirin canından keçən şəhidlərimizi hörmət,sevgi və sayğı ilə anırıq. Qayıdan torpaqlardan qayıtmayan oğullar,haqqınızı bir ömür ödəyə bilmərik. Allah sizə rəhmət eləsin.
Qarabağ Azərbaycandır!
Günel MƏMMƏDYARLI