27 sentyabr- Böyük Zəfərə aparan birliyimiz!

27 Sentyabr 2025 22:14 (UTC+04:00)

Vətən Muharibəsinin başlanmasindan 5 il keçir.27 sentyabr-Böyük Zəfərə aparan birliyimizin və haqqın, ədalətin qalib gəldiyi 44 günün möhtəşəm başlanğıcıdır.Azərbaycan əsgərinin 2020-ci ilin 27 sentyabrdan başlanan 44 günlük zəfər yürüşü ilə 30 il davam edən işğala son qoyuldu.Bu şanlı qələbə sayəsində dünya təcrübəsində çox nadir hal olan işğal edilmiş torpaqların geri alınmasına nail olundu. Bu, həm də posrsovet məkanında bir ilkdir.2023-cü il sentyabrın 19-u və 20-də anti-terror əməliyyatı 23 saat 43 dəqiqəyə yekunlaşaraq süverenlıyimiz təmin olundu. Bu gün Azərbaycan xalqı Anım Gününü öz suverenliyini təmin etmiş bir ölkə olaraq qeyd edir. 27 sentyabr- Anım Günü müəqddəs gündür.Bu, uzun illər işğalda qalmış torpaqlarımızın azadlığı,Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpası naminə şəhid olmuş igidlərimizin xatirəsinə, müqəddəs ruhuna ehtiram günüdür.

Zəfərə aparan yol postmüharibə dövründə də davam edir.Azərbaycan hərb meydannda mümkün görünməyənləri mümkün edə bildiyi kimi,posrmüharibə dövründə də mümkün görünməyənləri mümkün etməkdə davam edir.Məhz Azərbaycanın yaratdığı yeni reallıqlar sayəsində Rusiyanın sülhməramlı adlandırdığ kontingenti müəyyənləşmiş vaxtdan xeyli əvvəl ərazimizi tərk etməli oldu.30 il ərzində düşmən tapdağı altında qalmış,daşı-daş üstə qalmamış,hər qarışı minalanmış,keçilməz çoxqatlı istehkamlarlar qurulmuş,döyüş meydanına çevrilmiş ərazilərimiz şanlı qələbəmizdən sonra tikinti meydanına,mühüm layihlərin reallaşdığı əməkdaşlıq arenasına çevrilib.Son vaxtlar Azərbaycanda düzənlənən bir sıra mötəbər tədbirlər,dövlət başçılarının görüşləri işğaldan azad edilmiş ərazilərimizdə keçirilir.Böyük qayıdış-süverenliyimizin möhtəşəm təntənəsinəsidir. Qarabağda aparılan quruculuq işləri, köçkünlərin yurdlarına qayıdışı gələcəyə ümidləri daha da artırır. Bu, həm də şəhidlərimizin ruhunu şad edir.

27 sentyabrdan başlanan 44 günlük Vətən Müharibəsi fikirdə,sözdə və əməldə əsl dostlarımızın və bədnam düşmənlərimizin kimliyini əyani şəkildə ortaya qoydu.44 günlük Vətən müharibəsi bütün dünyaya Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi.Qardaş Türkiyə və qardaş türk xalqı müharibənin ilk saatlarından Azərbaycanla həmrəy oldular, Azərbaycana öz mənəvi dəstəyini göstərdilər.Azərbaycan-Türkiyə dostluğu,qardaşlığı,işbirliyi növbəti dəfə də sınaqdan çox uğurla çıxdı.Bu birlik daha da möhkəmlənib, daha geniş planda yeni reallıqlar yaradır, regionumuzda dayanıqlı sülh, əmin-amanlıq və təhlükəsizliyi təmin edən,eləcə də bədhaqlarımızın məkrli planlarınının yürüməsi yolunda çox güclü çəkindirici amilə çevrilib.

Azərbaycan 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sadəcə qalib dövlət kimi yox, həm də daha böyük hədəflərə çatmağa qadir güclü bir ölkə kimi çıxıb. Azərbaycanın yaratdığı yeni reallıqlar şəraitində bir sıra dövlətlərin uzun illər regionumumuzda tətbiq etdiyi qaydalar,məkrli ssenarilər artıq işləmir,təzyiq vasitələri də öz kəsərini itirib.Bu əsasda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması imkanları artıb.Bu müqavilənin reallaşması Cənubi Qafqazda sabitliyin bərqarar olunması və inteqrasiyanın daha geniş miqyaslarda yeni məzmun kəsb etməsi perspektivləri yaradır.

Anım Günü-Vətən uğrunda canını fəda etmiş igidlərin xatirəsinə verilən dəyərin təntənəsidir Bütün Azərbaycan xalqı Böyük Zəfərə aparan yolun möhtəşəm başlanğıcı olan 27 sentyabr - Anım Günündən qürür duyur. Xalqımız öz qəhrəmanları ilə fəxr edir. Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.Xalqımız hər zaman 27 Sentyabr – Anım Gününü böyük ehtiram və hörmətlə yad edəcək, Vətən uğrunda həlak olmuş, öz canı-qanı bahasına Şanlı Zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsini daim qəlbində yaşadacaqdır!

Bir daha Vətən uğrunda,ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası, Azərbaycan xalqınının qalib xalqa çevrilməsi yolunda canını fəda etmiş qəhrəman övladların, rəşadət, şərəf və igidlik rəmzimiz olan bütün şəhidlərimizin xatirəsini ehtiramla yad edir, müqəddəs ruhu qarşısında baş əyir, Uca Tanrıdan onlara rəhmət diləyirik.Vətən naminə hərbi əməliyyatlar zamanı sağlamlıqlarını itirmiş qazilərimizə Tanrıdan şəfa diləyirik.

Əli Məsimli
Milli Məclisin deputatı