Türkiyədə 5,4 maqnitudalı zəlzələ olub

28 Sentyabr 2025 14:19 (UTC+04:00)

Türkiyədə 5,4 maqnitudalı zəlzələ olub.

AzNews.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yerli vaxtla 12.59 radələrində baş verən zəlzələnin ocağı Kütahyanın Simav rayonunda 8,4 km dərinlikdə olub.

Zəlzələ İstanbul, İzmir və Bursada hiss edilib.

Aznews.az