Cəmil Həsənli-Lalə Şövkət görüşü – Saat 5-də

9 Sentyabr 2013 11:52 (UTC+04:00)
Xəbər verildiyi kimi, bu gün Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli ilə Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət arasında görüş keçiriləcək.

Qeyd edək ki, Milli Şuradan çıxarılmasını istəyən və bu qurumda təmsil olunan siyasətçilərə qarşı sərt fikirlər səsləndirən L.Şövkətlə görüş təşəbbüsü C.Həsənlidən gəlib.
AzNews.az-a ALP sədri Əvəz Temirxan deyib ki, görüş saat 17:00-da baş tutacaq.

Partiya sədri görüşün harada baş tutacağı barədə dəqiq məlumat verməkdən imtina edib.
Müzakirə olunacaq məsələlər barədə daha sonra mətbuata məlumat veriləcək.

Bahar Rüstəmli
AzNews.az