III MDB Oyunları: Azərbaycanın stolüstü tennisçiləri gümüş medal qazanıblar

28 Sentyabr 2025 18:47 (UTC+04:00)

Azərbaycanın stolüstü tennisçiləri III MDB Oyunları çərçivəsində gümüş medal qazanıblar.

Onur Quluzadə və Adil Əhmədzadədən ibarət komanda oğlanların qoşa yarışında finalda Rusiya ilə qarşılaşıb.

Həlledici görüşdə rusiyalı İvan Zaytsau - Aleksey Rabuşka cütü ilə qarşılaşan Azərbaycan idmançıları 0:3 hesabı ilə uduzublar.

Qızların qoşa yarışlarının həlledici görüşündə isə Rusiya millisi Belarusu 3:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.

AzNews.az