“Fənərbaxça” öz meydanında qələbə qazanıb

28 Sentyabr 2025 23:27 (UTC+04:00)

Türkiyə Super Liqasında VII turun oyunları keçirilir.

Aznews.az xəbər verir ki, bu gün "Fənərbaxça" meydana çıxıb.

Komanda "Antalyaspor"u qəbul edib. Matç "sarı-lacivərdlilər"in üstünlüyü ilə keçib.

İkinci yarıda Anderson Talişka penaltini dəqiq yerinə yetirib. Oyunun sonlarında Sebastian Şimanski matçda yekun nəticəni müəyyənləşdirib - 2:0.