TDT konfransında Azərbaycanla Ermənistan arasında əldə olunacaq sülhün əhəmiyyəti vurğulanıb

29 Sentyabr 2025 09:40 (UTC+04:00)

“Türk Dövlətləri Təşkilatı (TDT) çağırışları fürsətlərə çevirməkdədir”.

"APA" xəbər verir ki, bunu Qazaxıstan Prezidentinin yanında Strateji Tədqiqatlar İnstitutunun direktoru Zandos Şaimardanov “Qlobal qeyri-müəyyənlik dövründə Türk Dövlətləri Təşkilatı regional aktor kimi” mövzusuna həsr olunmuş konfrans çərçivəsində "Siyasi-təhlükəsizlik qeyri-müəyyənliyi dövründə TDT-nin qlobal sülh və sabitliyə töhfələri" adlı panel müzakirəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, TDT qlobal qeyri-müəyyənlik dövründə sülh və sabitliyi təmin edən və qarşıya çıxan çağırışları fürsətlərə çevirən təşkilatdır.
Zandos Şaimardanov Azərbaycanla Ermənistan arasındakı sülh prosesinin təkcə kommunikasiya imkanı yaratmadığını, həm də bu prosesin hamı üçün sülh və sabitliyin təminatı olduğunu vurğulayıb.

AzNews.az