Azərbaycanda Bank sektorunun aktivləri 55,7 milyard manata çatıb.
2025-ci ilin avqust ayının sonuna fəaliyyət göstərən bankların cəmi aktivləri 55 mlrd. 672,4 mln. manat, öhdəlikləri 48 mlrd. 595,3 mln. manat, balans kapitalı isə 7 mlrd. 77,1 mln. manat təşkil edib.
Hesabat ayında kredit portfeli 0,7% və ya 206,7 mln. manat artaraq 28 mlrd. 704,9 mln. manata yüksəlib. Kreditlərin 52,6%-i (15 mlrd. 91,8 mln. manat) biznes, 31,7%-i (9 mlrd. 114,5 mln. manat) istehlak, 15,7%-i (4 mlrd. 498,6 mln. manat) isə ipoteka kreditlərindən ibarət olub.
Bank öhdəliklərinin strukturunda depozitlər üstünlük təşkil edib. Ayın sonuna depozit portfeli 36 mlrd. 517,8 mln. manat olub ki, bu da cəmi öhdəliklərin 75,1%-nə bərabərdir. Depozitlərin 58,7%-i (21 mlrd. 431,8 mln. manat) hüquqi, 41,3%-i (15 mlrd. 86 mln. manat) isə fiziki şəxslərə məxsus olub.
Fiziki şəxslərin əmanətlərinin 67,3%-i (10 mlrd. 149,5 mln. manat) milli, 32,7%-i (4 mlrd. 936,5 mln. manat) xarici valyutada yerləşdirilib. Əmanətlərin 63,4%-i (9 mlrd. 560,8 mln. manat) müddətli əmanətlərdir. Avqust ayında müddətli əmanətlər 0,4% və ya 40,9 mln. manat artıb.
2025-ci ilin avqustunda bank sektoru üzrə unikal müddətli əmanətçi sayı ay ərzində 2,3% (3 949 nəfər), ilin əvvəlindən isə 18% (27 132 nəfər) artıb.
AzNews.az