BMT Baş Assambleyasının 80-ci sessiyasında Prezident İlham Əliyevin çıxışı tarixi əhəmiyyət kəsb edir. Dövlətmizin başçısı bu yüksək tribunadan bir daha Azərbaycan xalqının və dövlətinin milli maraqlarının hər şeydən üstün olduğunu, ölkəmizin özünün ərazi bütövlüyü və suverenliyini məhz BMT-nin Nizamnaməsinə və prinsiplərinə uyğun olaraq, onun qəbul etdiyi qətnamələrə əsasən təmin etdiyi bir daha dünya ictimaiyyətinə bəyan edildi.
Prezident İlham Əliyev çıxışında Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti və hərbi cinayətlər nəticəsində bir milyon azərbaycanlının öz yurd-yuvasından didərgin salındığını diqqətə çatdırdı. Ölkəmizin başçısı bəyan etdi ki, o uzun illər ərzində bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışıb. “Bu gün isə qələbəyə və sülhə aparan uzun yoldan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməsindən söz açan cənab Prezident otuz ilə yaxın müddətdə Azərbaycanın suveren ərazisinin təqribən iyirmi faizinin Ermənistanın hərbi işğalı altında qaldığını vurğulayıb. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti və hərbi cinayətlər nəticəsində bir milyon azərbaycanlı öz yurd-yuvasından didərgin salındığı, onların fundamental insan hüquqları kobud şəkildə pozulduğu, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunduğu bir daha bəyan edildi. Qeyd edildi ki, təəssüf ki, bu qətnamələr heç vaxt icra edilmədi. Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən heç bir sanksiyaya məruz qalmadığı üçün qətnamələrə nümayişkaranə şəkildə məhəl qoymadı. Həmçinin 1992-ci ildə münaqişənin həlli üçün təsis edilmiş ATƏT-in Minsk qrupu öz missiyasını yerinə yetirə bilmədiyi də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Məhz otuz ilə yaxın müddətdə davam edən səmərəsiz danışıqlardan sonra 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etməyə məcbur olaraq özünün ərazi bütövlüyünü təmin etdi. Bu zamanda da Ermənistanın Azərbaycan şəhərlərini, kəndlərini ballistik raketlərlə hədəf aldığı bildirildi. Məhz bu amansız terror nəticəsində yüzdən çox günahsız mülki vətəndaşımız qətlə yetirildi. Azərbaycan isə müharibəni beynəlxalq humanitar hüquqa tam riayət etməklə aparıb və heç bir halda mülki infrastrukturu və mülki şəxsləri hədəf almayıb. Beləliklə, 44 gün davam edən Vətən müharibəsi nəticəsində 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiyanı qəbul etdi və bu da təqribən otuz ilə yaxın işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi tarixə düşdü”. Cənab Prezidentin BMT tribunasından bu tarixi faktları bir daha bəyan etməsinin olduqca vacib olduğunu söyləyib: “Vətən müharibəsindən sonra Azərbaycan işğala etnik təmizləməyə baxmayaraq sülh təşəbbüsü ilə çıxış edən tərəf oldu. Məhz bunun nəticəsi olaraq bu ilin avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycanla Ermənistan arasında sülh istiqamətində çox ciddi razılaşmalar əldə edildi. İlkin sülh sənədi paraflanmaqla tərəflər qalıcı sülh üçün öz mövqeyini açıq şəkildə ifadə etmiş oldu. Sözsüz ki, Azərbaycan tərəfi hər zaman olduğu kimi sülhə, sabitliyə və əməkdaşlığa sadiqdir. Ölkəmiz regional kommunikasiya xəttlərinin açılması fonunda sülh və əməkdaşlığın güclənəcəyinə, bundan hər kəsin fayda götürəcəyinə əmindir. Artıq sülh üçün yeganə mane Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılmasıdır. Çünki ATƏT-in Minsk qrupu artıq 8 avqust tarixindəki razılaşma ilə tarixin arxivinə göndərilib. Bu mənada Azərbaycan Prezidentinin BMT tribunasından təqdim etdiyi sülh və əməkdaşlıq formulu təkcə Azərbaycanla Ertmənistan arasındakı münasibətlərin gələcəyini ehtiva etmir. Bu eyni zamanda bütün dünya üçün də açıq bir nümunədir”.
Regional kommunikasiya xəttlərinin açılması fonunda Zəngəzur dəhlizinin (Tramp marşurutunun) işə düşməsi çox önəmliidr: “Sözsüz ki, regional bağlantılar davamlı sülh istiqamətində baxışların əsasını təşkil edir. Vaşinqton Sammitinin mühüm nəticələrindən biri də Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regional bağlantıları möhkəmləndirəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”dur (TRIPP).
Vaşinqton Sammiti, həmçinin Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasına işarədir. Azərbaycanla Birləşmiş Ştatlar arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında iki hökumət arasında Anlaşma Memorandumunu imzalanıb. Bu, siyasi, iqtisadi, enerji, regional bağlantılar, müdafiə, təhlükəsizlik və digər sahələrdə tərəfdaşlıq üçün yeni üfüqlər açır. Həmçinin Prezident Trampın 1992-ci ildə Azadlığa Dəstək Aktına 907-ci düzəliş şəklində Azərbaycana qarşı tətbiq olunmuş sanksiyaların icrasını dayandırması qərarı da tarixi addımdır”.
Abbas Əliyev
YAP Abşeron rayon təşkilatının sədri