Filippində tayfunlardan zərərçəkənlərin sayı 3,4 milyona çatdı...
Filippinlərin ikinci yarısında Cənub-Şərqi Asiyaya təsir edən “Ragasa”, “Bualoy” və “Mitag” tayfunları nəticəsində zərərçəkən ailələrin sayı 906 minə (təxminən 3,4 milyon nəfər) yüksəlib. Onlar evlərini tərk etməyə məcbur qalıblar.
Bu barədə "Philippine News Agency" (PNA), Milli Risklərin Qarşısının Alınması və Təbii Fəlakətlərin Aradan Qaldırılması Şurasının (NDRRMC) məlumatına istinadla xəbər verib.
“Cənub-qərb mussonu və tropik siklonlardan təsirlənən ailələrin sayı 906 794-ə çatıb. Bu isə ümumilikdə 3 402 391 nəfərə bərabərdir. Onlar ölkənin 16 regionunda yerləşən 8087 barangayda (Filippində inzibati bölgünün ən kiçik vahidi) yaşayır”, – deyə açıqlamada bildirilir.
Məlumata görə, təxminən 30 min ailə evakuasiya mərkəzlərində sığınacaq tapıb, 84,2 min ailə isə ölkə xaricində yardım alıb. NDRRMC-nin hesabatına əsasən, fəlakətlər nəticəsində 27 nəfər həlak olub. Onlardan 4-nün ölümü hüquq-mühafizə orqanları tərəfindən təsdiqlənib, digər 23 ölüm faktı isə araşdırılır.
Mövsüm,
AzNews.az