Yəmənin Ənsar Allah (Husi) hərəkatı hipersonik ballistik raketlə Təl-Əvivdə bir neçə hədəfi vurduğunu açıqlayıb.
Bu barədə husi silahlı qüvvələrinin Telegram kanalında məlumat verilib.
Yəmən silahlı qüvvələrinin raket qüvvələrinin İsrailin bir neçə mühüm hədəfini vurmaq üçün çoxsaylı döyüş başlığı olan Fələstin-2 raketindən istifadə etdiyi bildirilir .
Ənsarullahın sözlərinə görə, əməliyyatın məqsədlərinə uğurla nail olunub.
Mövsüm,
AzNews.az