Ulf Kristersson: Rusiya bizim də hava məkanımızı poza bilər

29 Sentyabr 2025 20:26 (UTC+04:00)

“Rusiya” təhlükəsi Baltikyanı ölkələrin gündəmindədir.

İsveçin baş naziri Ulf Kristersson İsveçin xarici işlər naziri Maria Malmer Stenergard və müdafiə naziri Pal Jonson ilə birlikdə İsveçin təhlükəsizliyi ilə bağlı mətbuat konfransı keçirib.

Polşa və Estoniyadakılardan sonra Danimarkanın paytaxtı Kopenhagendəki hava limanlarında pilotsuz uçuş aparatlarının (PUA) görünməsinə münasibət bildirən Kristersson, "Rusiya Polşa və Estoniya kimi ölkələrin hava məkanını da olduğu kimi İsveç hava məkanında poza bilər",-deyə qeyd edib.

"Polşa və Estoniyadakı pozuntuların arxasında Rusiyanın dayandığına dair dəqiq kəşfiyyat məlumatımız var. Danimarkada isə eyni texniki sübutlara malik deyilik", - o deyib.

Mövsüm,

AzNews.az