Qəzzada sülh səyləri davam edərkən, ABŞ region ölkələri ilə əlaqə saxlayır.
Misir Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, xarici işlər naziri Bədr Abdulati ABŞ dövlət katibi Rubio ilə telefon danışığı aparıb.
O, Misirin rolunu yüksək qiymətləndirib.
Görüş zamanı Rubio Vaşinqtonun müharibəyə son qoymaq üçün Misirlə birgə koordinasiyanı davam etdirmək və intensivləşdirmək istəyini ifadə edib.
Rubio həmçinin Misirin regionda sülh və sabitliyin təmin olunmasındakı rolunu yüksək qiymətləndirdiklərini vurğulayıb.
Misirin xarici işlər naziri Abdulati Qəzzada müharibənin dərhal dayandırılacağına, gərginliyin azalacağına, bölgədə təhlükəsizlik və sabitliyin bərpa olunacağına ümid etdiyini bildirib.
Abdulati ABŞ prezidenti Trampın Qəzzada müharibəni dayandırmaq üçün göstərdiyi səylərə görə minnətdarlığını bildirib.
Mövsüm,
AzNews.az