Pakistanda baş qərargah yaxınlığında bombalı hücum

30 Sentyabr 2025 20:19 (UTC+04:00)

Pakistanın Bəlucistan əyalətinin mərkəzi Kvetta şəhərində Sərhəd Mühafizəsinin qərargahı qarşısında kamikadze partlayışı törədilib.

Bomba yüklü avtomobilin partlaması nəticəsində 10 nəfər ölüb, 30-dan çox adam yaralanıb. Bəlucistan səhiyyə naziri Baxt Məhəmməd Kakar yaralıların Mülki Xəstəxana və Travma Mərkəzinə göndərildiyini açıqlayıb.

Kvetta Polisinin (SSP) Xüsusi Əməliyyatlar üzrə Baş Rəhbəri Mohammed Baloch bildirib ki, partlayış qərargahın yaxınlığında avtomobil dönərkən baş verib.

Mövsüm,

AzNews.az