Fransa nüvə doktrinasını modernləşdirməyə çalışır.
Bu barədə Fransa lideri Emmanuel Makron bildirib.
"Mən hazırda doktrinamızı yeniləmək üzərində işləyirəm və bunu istəyən avropalılarla strateji dialoqumuzu dərinləşdirməyə davam etmək istərdim",- deyə o, Frankfurter Allgemeine Zeitung ( FAZ ) qəzetinə müsahibəsində qeyd edib.
Makron Fransa nüvə çətirinin mövcudluğunu da açıqlayıb. O, 2026-cı ildə nüvə doktrina planını əks etdirən çıxışı edəcəyini qeyd edib.
Mövsüm,
AzNews.az