Avropa İttifaqı (Aİ) ölkələri Rusiyanın dondurulmuş aktivləri əsasında Ukraynaya kreditin verilməsi ilə bağlı konsensusa gələ bilməyib.
Aİ xarici işlər naziri Kaja Kallas bu barədə Aİ liderlərinin Kopenhagendə keçirilən qeyri-rəsmi sammitindən əvvəl məlumat verib.
"Mümkün qədər tez hərəkət etmək üçün təzminat krediti üzərində işləyirik, lakin təbii ki, Aİ-yə üzv olan dövlətlərin hamısı buna hazır deyil. Hələ hamı bunu dəstəkləmir, ona görə də hələ görüləcək çox iş var", - Kallas deyib.
Aİ-nin baş diplomatı Kiyevə kreditin verilməsinin dəqiq müddətini açıqlamayıb.
Mövsüm,
AzNews.az