Paşinyan Danimarkaya işgüzar səfərə yola düşüb

1 Oktyabr 2025 22:08 (UTC+04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyan Danimarkaya işgüzar səfərə yola düşüb.

Aznews.az xəbər verir ki, Paşinyan oktyabrın 2-də Kopenhagendə Avropa Siyasi Birliyinin 7-ci Sammitində iştirak edəcək.

Səfər çərçivəsində ikitərəfli görüşlərin də nəzərdə tutulduğu bildirilir.