Azərbaycan Prezidenti İlham Əliyev "Qarabağ" futbol klubunu Danimarkanın "Kopenhagen" komandasına qalib gəlməsi münasibəti ilə təbrik edib. Prezident sosial şəbəkə hesabında yazıb:
"Danimarka çempionu “Kopenhagen” futbol klubu üzərində inamlı qələbə qazanması münasibətilə “Qarabağ” futbol klubunu, bütün Azərbaycan futbol ictimaiyyətini ürəkdən təbrik edirəm.
Planetin ən güclü klub turnirinin əsas mərhələsində 2 oyunda 2 parlaq qələbə əldə edən “Qarabağ” dünya futbolunun nəhəngləri ilə ilk pillələri bölüşməklə xalqımızı qürurlandırmaqda davam edir".
AzNews.az