Bakıda ticarət mərkəzində yanğın

9 Sentyabr 2013 13:17 (UTC+04:00)
Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ikimərtəbəli ümumi sahəsi 60 kv.m (hər mərtəbəsi 30 kv.m) olan ticarət mərkəzində yanğın baş verib.

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşən mağazanın lambirdən ibarət tavanı 6 kv.m sahədə əriyib, 2-ci mərtəbəsində yerləşən hazırda fəaliyyət göstərməyən taxta konstruksiyadan ibarət stomotoloji kabinetin yanar konstruksiyaları 30 kv.m sahədə yanıb.

Ticarət mərkəzinin qalan hissəsi və bitişik bina yanğından mühafizə olunüb. Yanğn saat 11:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az