Gücü 445 MVt olacaq Biləsuvar Günəş Elektrik Stansiyasında ilk günəş panelinin quraşdırılması mərasimi keçirilib.
Bu barədə "APA-Economics"in Biləsuvara ezam olunmuş əməkdaşı xəbər verir.
Tədbir zamanı bildirilib ki, ümumi sahəsi 1400 hektar olan Biləsuvar GES-də Çinin “JA Solar” şirkətinin istehsalı olan, hər iki üzü elektrik enerjisi istehsal edə bilən 943 mindən çox panelin quraşdırılması nəzərdə tutulur. Gücü 625-630 Vt təşkil edən günəş panelləri mərhələli şəkildə sahəyə gətirilir. Stansiya 8131 ədəd tək oxlu izləmə sistemi ilə təchiz olunacaq. İstismara verildikdən sonra panellərin təmizlənməsi xüsusi qurğular vasitəsilə avtomatik olaraq həyata keçiriləcək. Stansiyanın növbəti il istismara verilməsi planlaşdırılır.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev, “Azərenerji” ASC-nin İdarə Heyəti sədrinin müavini Rüstəm Qasımov, Masdar şirkətinin baş əməliyyat direktoru Əbdüləziz Alobaidli, SOCAR-ın vitse-prezidenti Əfqan İsayev, SOCAR Green şirkətinin baş direktoru Elmir Musayev və digər nümayəndələr iştirak edərək layihənin enerji keçidi və ətraf mühitin qorunmasında əhəmiyyətini vurğulayıblar. Çıxışlarda bildirilib ki, Azərbaycanın bərpa olunan enerji hədəflərinə uyğun olaraq həyata keçirilən Biləsuvar GES həm istehsal gücü, həm də istifadə edilən texnologiyaların miqyası baxımından regionun ən böyük günəş enerji layihələrindən biri olacaq.
Mərasimdə iştirak edən rəsmi şəxslər və qonaqlar simvolik olaraq günəş panellərini imzalayıb və ilk panelin quraşdırılmasında iştirak ediblər.
***
13.34
Biləsuvar rayonunda inşa olunan ölkənin Günəş Elektrik Stansiyasının ilk günəş panelinin quraşdırılması mərasimi keçirilir.
"APA-Economics"in Biləsuvara ezam olunmuş müxbirinin verdiyi məlumata görə, tədbirdə Energetika Nazirliyi, Bərpa Olunan Enerji Mənbələri Agentliyi, “Azərenerji” ASC, "SOCAR Green", eləcə də "Masdar" şirkətinin rəhbər şəxsləri və Biləsuvar Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edirlər.
Mərasim zamanı iştirakçılara layihənin əsas məqamlarını əhatə edən təqdimat nümayiş olunub. Ardınca yüksək səviyyəli qonaqlar qonaqlar simvolik olaraq simvolik ilk günəş panelinin quraşdırılmasında iştirak edib, xatirə panellərini imzalayacaqlar.
Qeyd etmək lazımdır ki, umumi sahəsi 1400 hektar olan Biləsuvar GES-də Çinin “JA Solar” şirkətinin istehsalı olan, hər iki üzü elektrik enerjisi istehsal edə bilən 943 mindən çox panelin quraşdırılması nəzərdə tutulur.
Gücü 625-630 Vt təşkil edən günəş panelləri mərhələli şəkildə sahəyə gətirilir. Stansiya 8131 ədəd tək oxlu izləmə sistemi ilə təchiz olunacaq. İstismara verildikdən sonra panellərin təmizlənməsi xüsusi qurğular vasitəsilə avtomatik olaraq həyata keçiriləcək.Stansiyanın növbəti il istismara verilməsi planlaşdırılır.
Xatırladaq ki, bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və yaşıl enerji zonasının yaradılması məqsədilə Biləsuvar rayonunda Günəş elektrik stansiyasının inşası ilə əlaqədar Azərbaycan dövləti ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında müqavilə imzalanıb və 2024-cü il iyunun 4-də Prezident İlham Əliyev və BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin iştirakı ilə layihənin təməli qoyulub.