Mançesterdə sinaqoqa hücumun terror aktı olduğu ehtimal edilir.
Bu barədə Britaniya polisinin verdiyi məlumatda qeyd edilir.
"Bu səhər baş verən insident terrorla əlaqəli hesab edilir. Hadisə "terror" elan edilib", - Manchester Evening News (MEN) nəşri bu barədə yazıb.
Agentlik əlavə edib ki, hücum edən şəxs güllələnib. Polis həmçinin daha iki nəfərin həbs olunduğunu bildirib.
Mövsüm,
AzNews.az