Türkiyənin əvvəllər vasitəçi olduğu əsir mübadiləsi siyahısına yeni əsir mübadiləsi əlavə edilib...
Rusiya Müdafiə Nazirliyi 185 rus əsgərinin geri qaytarıldığını və əvəzində Ukrayna Silahlı Qüvvələrindən 185 hərbi əsirinin təhvil verildiyini açıqlayıb.
Bəyanatda 20 mülki vətəndaşın geri qaytarıldığı barədə də məlumat paylaşılıb.
Nazirlik azad edilmiş rus əsgərlərinin və mülki şəxslərin Belarus Respublikasında olduqlarını və onlara lazımi psixoloji və tibbi yardımın göstərildiyini bildirib.
Mövsüm,
AzNews.az