Filippində 6,9 bal gücündə zəlzələ baş verib...
Sentyabrın 30-da Filippinin Palompon şəhərinin qərb sahillərində 6,9 bal gücündə zəlzələ baş verib.
Filippin Xəbər Agentliyinin (PNA) məlumatına görə, Palompon rayonunun qərbində və Sebu əyalətinin sahillərində baş verən zəlzələdən sonra ölənlərin sayı artmaqda davam edir.
Milli Fəlakət Riskinin Azaldılması və İdarə Edilməsi Şurası (NDRRMC) 6,9 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayının 72-yə yüksəldiyini açıqlayıb.
Açıqlamada zəlzələdən 47 221 nəfərin zərər çəkdiyi, ən çox ölüm halının isə Mərkəzi Visayas bölgəsində olduğu qeyd edilib.
Mövsüm,
AzNews.az