Köpək balıqları çimərliyə hücum edib

9 Sentyabr 2013 13:43 (UTC+04:00)
Florida ştatının çimərliyində, Orlando şəhərindən 80 km məsafədə yerləşən "New-Smirna beach" adlanan yerdə istirahət edən iki şəxsə köpək balıqları hücum edib.

Dəniz yırtıcıları suya yenicə girən insanlara dayaz yerdə hücum ediblər.

Zərərçəkənlərin hər ikisi kişidir, 20 və 40 yaşlarında. Onlar canlarını yırtıcılardan qurtara biliblər. Lakin kişilər ayaqlarından aldıqları yara səbəbindən xəstəxanaya yerləşdiriliblər.

CNN qeyd edir ki, hücumlar bir-birinin ardınca baş verib. Hücum suyun zərərçəkənlərin dizindən olduğu yerdə baş verib.(gun.az)

AzNews.az