Səfir: Almaniya Qarabağın “Yaşıl zona” kimi inkişafını böyük maraqla izləyir

3 Oktyabr 2025 13:09 (UTC+04:00)

"Almaniya 1990-cı ildə baş vermiş birləşmədən sonra yenidənqurma məsələlərində əldə etdiyi təcrübəsi ilə Qarabağda yenidənqurma ilə əlaqəli ola biləcək bir çox sahədə liderlik edir. Bura texnologiya, mühəndislik və dayanıqlılıq da daxildir. Biz Qarabağın “Yaşıl zona” kimi inkişafını böyük maraqla izləyirik".

Bunu Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann APA-ya müsahibəsində deyib.

“Bu sahə sözsüz ki, alman texnologiya və təcrübəsinin istifadə oluna biləcəyi bir çox imkanlar təqdim edir. Son illər ərzində alman şirkətləri Qarabağda bir sıra sektorlarda yenidənqurma işlərində iştirak edib. Məsələn, Azərbaycan-Almaniya müştərək layihəsi regionda bir neçə magistral yolun və hava limanlarının tikintisində iştirak edib. Alman texnologiyasının Qarabağda tətbiqi üçün digər layihələr də tapmaq olar. İçməli su xətlərinin çəkilməsi və hidroenerji istehsalını nümunə gətirmək mümkündür”, - Almaniya səfiri vurğulayıb.

AzNews.az