İranda 5,3 bal gücündə zəlzələ baş verib

3 Oktyabr 2025 15:39 (UTC+04:00)

İranın Milli Seysmoloji Mərkəzinin məlumatına görə, İsfahanın şimal-şərqində, Zevare bölgəsində 5,3 bal gücündə zəlzələ baş verib.

Zəlzələ yerli vaxtla saat 00:05-də qeydə alınıb.

Tehran və Qum şəhərlərində də hiss edilən zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.

Hələlik dağıntılar barədə məlumat verilməyib.

Mövsüm,

AzNews.az