Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İstanbulda yerli sakini İsrailin Mossad kəşfiyyat agentliyi ilə əməkdaşlıqda şübhəli bilinərək saxlayıb.
Bu barədə “TRT Haber” kəşfiyyat mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, “Pandora” detektiv agentliyini idarə edən Türkiyə vətəndaşı Serkan Çiçək 2025-ci ilin iyul ayında Mossad nümayəndəsi ilə əlaqə yaradaraq İstanbulda yaşayan fələstinli fəalla bağlı 4 min dollar kriptovalyuta qarşılığında məlumat verməyə razılaşıb. Lakin kəşfiyyat orqanlarının məlumatına görə, Çiçək İsrail kəşfiyyatının verdiyi ünvanda hədəfi tapa bilmədiyi üçün İsrail kəşfiyyatının tələbini yerinə yetirə bilməyib .
İstanbul prokurorluğunun apardığı istintaq çərçivəsində şübhəlinin saxlanılması əməliyyatı yerli təhlükəsizlik idarəsi ilə birgə həyata keçirilib.
Mövsüm,
AzNews.az