Belçikadakı hərbi bazanın üzərində 15-ə yaxın pilotsuz təyyarə aşkarlanıb

3 Oktyabr 2025 15:46 (UTC+04:00)

Belçikadakı Elsenborn hərbi bazası üzərində təxminən 15 naməlum pilotsuz uçuş aparatı (PUA) aşkar edilib.

“VRT NWS” bu barədə hərbi ekspert Yens Franssenə istinadən xəbər verib.

Onun sözlərinə görə, naməlum pilotsuz təyyarələr Elsenborn hərbi ərazisi üzərində peyda olub və Almaniyanın hava məkanına daxil olub. O, həmçinin əlavə edib ki, pilotsuz təyyarələrin haradan gəldiyi və onlara kimin nəzarət etdiyi hələlik məlum deyil. Ölkənin Müdafiə Nazirliyi insidentlə bağlı araşdırma aparır.

Mövsüm,

AzNews.az